Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qara zirə yağı

Qara zirə yağı

Tarix: 26 Yanvar 2023 08:54

Qara zirə ən çox Efiopiyada, Səudiyyə Ərəbistanında, Hindistanda, Orta Asiyada, Qafqaz bölgələrində, Aralıq dənizi ölkələrində bitir. Ondan ədviyyat vasitəsi kimi istifadə edilir.
Qara zirə toxumlarından əldə edilən yağdan 3 min ildən çox bir zamandır ki, istifadə edilir. Bu yağın unikal və faydalı tərkibi onun orqanizm üçün lazımlı olduğunun göstəricisidir. Qara zirə yağı barədə Hippkratın əlyazmalarında da yazılara rast gəlinib. Qədin zamanlarda bu yağdan bağırsaq qurdalarının tökülməsi, qara ciyər, böyrək və ağ ciyərlərin fəaliyyətini yaxşılaşdırmaq üçün istifadə edilib.
İbn Sinanın əlyazmalarında qara zirə yağı orqanizmi bütün xəstəliklərin qoruyan yağ kimi qeyd edilib. Onun əlyazmalarında qara zirə yağının insana həyat enerjisi, sağlamlıq bəxş etdiyi yazılıb.
Qədim xalq təbabətində qara zirə yağından yorğunluğu aradan qaldırmaq məqsədilə və xəstəliklərin müalicəsində istifadə edilib.
Qara zirə yağının tərkibində olan bioloji aktiv maddələr, vitaminlər, minerallar orqanizm üçün inanılmaz təsir göstərir.
Qara zirə yağının faydalı tərkibi
Qara zirə yağının tərkibində 26 nov yağ turşusu var. Onlardan 18-i doymamış, 8-i isə doymuş yağ turşularıdır. Bu yağın əsas tərkibini palmit, stearin, Omeqa3, Omeqa6 və Omeqa9 yağı təşkil edir.
Qara zirə yağının tərkibində fosfolipidlər, fitosterollar, fosfor, kalsium, kalium, dəmir, E, C, D, A, B qrup vitaminlər var.
Tərkibində olan makro və mikro elementlər, enzimlər, alkoloidlər, saloninlıər, efir yağları qara zirə yağını insan orqanizmi üçün əvəzedilməz müalicəvi təbii dərman maddəsi edir.
Müalicəvi xüsusiyyətləri
Qara zirə yağından bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Şərq təbabətində onu bütün xəstəliklərin dərmanı hesab edirlər.
Qara zirə yağı orqanizmə ağrıkəsici, spazmoliitik, iltihab əleyhinə, antiseptik, bakteriasid, bronxgenəldici, yarasağaldıcı, regenerasiyaedici, möhkəmləndirici təsir göstərir.
Qara zirə yağı immuniuteti yüksəltmək, orqanizmin tonusunu artırmaq, ödqovucu, damargenəldici təsirlərə malikdir. O orqanizmə skleroz əleyhinə və bağırsaq yumşaldıcı təsir göstərir və qəbizliyin aradan qalxmasına səbəb olur. Qara zirə yağı immunitetin artmasına səbəb olur. Həzm sistemini, mədə şirəsini normallaşdırmaq, mədə-bağırsağın florasını normallaşdırmaq və immuniteti artırmaq üçün qara zirə yağından istifadə etmək lazımdır. Qara zirə yağından istifadə eləmək qıcqırmanın, hıçqırmanın, ürək bulanmanın, diareyanın, meteorizmin aradan qalxmasına səbəb olur. O öd daşı, xolisistit, qastrit, sirroz, xolisistit, mədə-bağırsaq xəstəlikləri və disbakteriozun aradan qalxmasına səbəb olur. Qara zirə yağını təbii antibiotik hesab eləmək olar. O orqanizmdə olan iltihabi xəstəliklərin sağalmasına səbəb olur.
Qara zirə tromb yaranmasının qarşısını alır, qan damarlarında olan xolesterinin təmizlənməsinə, damarlarda olan iltihabi proseslərin aradan qalxmasına, ürək-damar fəaliyyətinin yaxşılaşmasına səbəb olur. O beyin qan dövranının yaxşılaşmasına səbəb olmaqla yanaşı, varikozun əmələ gəlməsinin qarşısını alır, arterial təzyiqi nəzarət altında saxlayır. Davamlı olaraq qara zirə yağı içmək işemik xəstəliklərin, infarktın, vegetativ damar distrofiyasının müalicə və profilaktikasında mühüm rol oynayır. Qara zirə yağı orqanizmə qızdırmasalıcı və bəlğəmgətirici təsir göstərir. O soyuqlama xəstəliklərinin, bronxitin, qrippin, pnevmoniyanın, sinusitin, haymoritin, bronxial astmanın sağalmasını sürətləndirir.
Şəklərli diabet xəstələrinə, artıq çəkidən, sidik kisəsi sistemi xəstəliklərindən(nefrit, sistit, uretrit və s.) əziyyət çəkənlərə qara zirə yağından istifadə etmək məsləhət görülür.
Qara zirə yağı cinsiyyət orqanların baş verən xəstəliklərin əlamətlərinin azalmasına səbəb olur, prostatitin, prostat adenomasının əlamətlərini azaldır. Qara zirə yağı orqanizmdə olan virus və mikroblara qarşı mübarizə aparır. Qara zirə yağı oynaqlarda və əzələlərdə baş verən ağrıların aradan qalxmasına səbəb olur.
Kosmetologiyada tətbiqi
Qara zirə yağından dərinin qidalanması, toxumaların yenilənməsi və təravətlənməsi məqsədilə istifadə edilir. Onun tərkibində olan kollagenlər dərinin elastikləşməsinə səbəb olur. Qara zirə yağı yağlı dəri problemlərinin həll olmasına səbəb olur. Bu yağ dəridəki quruluğun aradan qalxmasına səbəb olur, dəridəkim piy vəzilərinin fəaliyyətini normallaşdırır, dərin tonuslandırır, onu ultrabənövşəyi şüalanmadan qoruyur.
Saç dərisinə qara zirə yağı sürtmək seboreya, kəpəklənmə, qaşınma əlamətlərinin aradan qalxmasına səbəb olur. İstifadə etdiyiniz şampun, krem, balzam və s. kosmetik vasitələrə qara zirə yağı damızdırmaqda fayda var. Bu yağla dekolte bölgəsini silmək dərinin parlaq və gözəl görsənməsinə səbəb olur.
Qara zirə yağının zərərli xüsusiyyətləri
Qara zirə yağı bəzi hallarda allergik reaksiyaların meydana çıxmasına səbəb olur. Bəzən qara zirə yağı sürtülən yerlərdə qızartı, qaşınma meydana gələ bilir.  Hamilə qadınlara qara zirə yağından istifadə etmək məsləhət görülmür. Onu qanda qlükozanın miqdarını aşağı salan dərmanlarla birlikdə qəbul etmək olmaz.

Milli.Az


Etiketlər:  Qara zirə yağı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ