Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərini xəyanətə görə öldürdü

Ərini xəyanətə görə öldürdü

Tarix: 26 Yanvar 2023 10:32

ABŞ-ın Texas ştatının sakini ərini xəyanətə görə öldürüb.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, bu barədə ABC 13 telekanalı məlumat yayıb.

Səhər tezdən 25 yaşlı Zavyier Rayt işdən evə qayıdıb, bu vaxt həyat yoldaşı onu gözləyib. Qadın ərinə hücum edib, onu zina etməkdə günahlandırıb, sonra silahı götürərək ona atəş açıb.

Zərərçəkmişi xəstəxanaya çatdırmaq üçün helikopterlə təcili yardım gəlib. Həkimlərin səylərinə baxmayaraq, Rayt aldığı yaradan dünyasını dəyişib.

Raytın anasının dediyinə görə, ər-arvad iki uşağı ilə birlikdə evdə yaşayırmış, qətldən bir gün əvvəl axşam gəlinini tapança ilə silahlanmış görüb.

Qadın həbs edilib və o, törətdiyi cinayəti etiraf edib. Buna baxmayaraq, o, daha sonra qətl ittihamı üçün əsas olmadığı səbəbindən həbsdən azad edilib. İş andlılar məhkəməsinə göndəriləcək.


Etiketlər:  Ərini xəyanətə görə öldürdü


RƏYLƏR