Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gerye "Olimpiakos"la vidalaşdı - Bakıya gəlir

Gerye

Tarix: 26 Yanvar 2023 21:20

"Zirə"yə keçəcəyi gözlənilən Donald Gerye Kiprin "Olimpiakos" klubu ilə vidalaşıb.

Haitili futbolçu bu barədə İnstaqram hesabında paylaşım edib.

"Qarabağ" və "Neftçi"nin sabiq futbolçusu Qol.az-a açıqlamasında qısaca olaraq Bakıya yola düşdüyünü bildirib.

Xatırladaq ki, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov bir neçə gün əvvəl açıqlamasında bildirmişdi ki, Geryeni heyətə cəlb etmək istəyirlər.

Qeyd edək ki, Gerye 2017-2019 və 2020-2021-ci illərdə "Qarabağ"da, 2019-2020-ci illərdə isə "Neftçi"də oynayıb.

Milli.Az


Etiketlər:  Gerye Olimpiakosla vidalaşdı Bakıya gəlir


RƏYLƏR