Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Filadelfiyada atışma olub, yaralananlar var

Filadelfiyada atışma olub, yaralananlar var

Tarix: 14 Oktyabr 2019 08:52

Bakı. Trend:

ABŞ-ın Filadelfiya şəhərində (Pensilvaniya ştatı) atışma baş verib.

Trend-in "NBC 10 Philadelphia" telekanalına istinadən verdiyi məlumata görə, naməlum şəxs şəhərin şimalında insanlara atəş açıb.

Silahlı insident nəticəsində 6 nəfər yaralanıb. Onlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Hüquq-mühafiz orqanları yaralananların vəziyyəti barədə məlumat vermirlər. Atəş açan şəxs hələki saxlanılmayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Filadelfiyada atışma olub yaralananlar


RƏYLƏR