Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2023 23:03
Böyük Britaniya Milli Sağlamlıq və Klinik Mükəmməllik İnstitutunun terapevti Paul Crisp ideal belin hesablanması üçün sadə bir düstur təklif edib.
Crisp bel ətrafını boya bölməyi məsləhət görür. Onun fikrincə, 0,4-dən 0,49-a qədər olan nəticə piylənmənin olmadığını göstərir. 0,5-dən 0,59-a qədər nəticə mümkün sağlamlıq riskini ifadə edir. 0,6-dan çox nəticə isə maksimal risk göstəricisi hesab olunur.