Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2023 08:35
Bir neçə gündür sosial şəbəkələrdə tanınmış mügənni Röya Ayxanın BDU-da qeyri-qanuni təhsil alması və hətta onun universitetdən qovulması ilə bağlı xəbərlər gündəmi zəbt edib.
Sonxeber.net xəbər verir ki. müğənninin mətbuat katibi Elvin Elxan kult.az-a açıqlamasında sözügedən məsələ ilə bağlı açıqlama vermək istəmədiklərini bildirib.
"Hazırda konsert işləri ilə məşğuluq. Bu mövzuda açıqlama olmayacaq. Anlayışla qarşılayacağınıza əminəm. Təşəkkürlər", - deyə o əlavə edib.
Xatırladaq ki, ötən gün Bakı Dövlət Universiteti öz məzunları arasında Röyalə Nəcəfova (Röya Ayxan) adlı şəxsin olmadığını bildirib.
Qeyd edilib ki, R.Nəcəfova BDU-ya əlavə təhsil üzrə qəbul olunub, lakin sonradan təhsil müəssisəsindən xaric edilib.