Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avroviziya təmsilçilərimiz barışdı - VİDEO

Avroviziya təmsilçilərimiz barışdı - VİDEO

Tarix: 27 Yanvar 2023 19:45

Bir müddətdir küsülü olan Avroviziya təmsilçilərimiz Nigar Camal və Samirə Əfəndi barışıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, Xalq artisti Aygün Kazımovanın ad günündə bir araya gələn sənətçilər incikliklərini aradan qaldırıblar. Hətta iki müğənni məclisdə birgə rəqs də ediblər.

Qeyd edək ki, Samirə Avroviziyada iştirak etdiyi il MTV-də yayımlanan "10-da görüşək" proqramında aparıcı Samir Bayramlı Nigar Camala "Samirənin mahnısı ilk beşlikdə yer alacaq", - deyə, sual ünvanlamışdı. Müğənni isə "Mata Hari" mahnısını ilk beşlikdə görmədiyini bildirmişdi. Bundan sonra ifaçılar arasında qalmaqal yaşanmışdı.

Milli.Az


Etiketlər:  Avroviziya təmsilçilərimiz barışdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ