Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2023 21:00
Azərbaycanda tikinti materialları xeyli ucuzlaşıb.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, qiyməti kəskin düşən isə dikt və taxtadır.
Satıcılar deyirlər ki, iki həftə əvvəllə müqayisədə inşaat materialları xeyli ucuz təklif olunur.
Amma bəzi satıcılar isə bildirirlər ki, təxminən 10 günə qiymətlərin yenə qalxacağı proqnozlaşdırılır.
Onlar deyirlər ki, qiymətlər ensə də, alıcılıq qabiliyyəti aşağıdır. Bu da mövsümlə əlaqələndirilir. Lakin ucuzlaşmanı fürsət bilib bazara üz tutanlar da var.
İnşaat üzrə ekspert Muxtar Ərturan deyib ki, 15-20, bəzi yerlərdə hətta 30 faiz ucuzlaşma var.
Ekspert vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsinə görə topdansatış qiymətləri endiyindən materiallar da ucuzlaşıb.
Onun fikrincə, qiymətlərin martın ortalarına kimi stabil qalacağı proqnozlaşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı "Xəbər Etəsi"nin hazırladığı videomaterialı təqdim edir: