Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağır bronxospazm tutması

Ağır bronxospazm tutması

Tarix: 29 Yanvar 2023 08:06

Ağır bronxospazm tutması kəskin tənəffüs çatmamazlığı ilə müşayət olunan bir vəziyyətdir. Xəstəlik orta ağır və ağır formalı bronxial astmalı xəstəlrində, qıcıqlandırıcı və hərbi qazlarla nəfəs aldıqda rast gəlinir.
Xəstəliyin əsas əlaməti təngnəfəslikdir. Təngnəfəslik tutması baş verdikdə nəfəsvermə çətinləşir, xəstə məcburi vəziyyət alaraq sinəsini stola söykəyir, onun nəfəs verməyə havası çatmır. Xəstənin üzü qorxu, təlaş və tənəffüs panikası ifadəli bir görünüş alır. Xəstənin venoz qan dövranı pozulur, alında, gicgahlarda venalar şişir. Xəstənin fiziki aktivliyi məhdudlaşır, nitqi fasiləli olur, sözünü deyə bilmir, ölüm qorxusu yaşayır.
DİAQNOZU: Anamnez xəstə və xəstənin yaxınlarından toplanılır. Diaqnoz anamnezə və xəstənin ağciyərlərinə qulaq asan həkim tərəfindən qoyulur.
Müalicə: Təcili yardım gec gəlsə və ya xəstəyə vaxtında yardım edilməsə xəstə ölə bilər. Tutma aradan gec qalxdıqda xəstə halsız olur, şüurunda ləngimə müşahidə olunur. Xəstənin huşu alaqaranlıq olur. Tutma baş verilən zaman xəstə, təcili xəstəxanaya çatdırılmalı, vəziyyətdən çıxana qədər stasionarda qalmlıdır. Tutma keçdikdən sonra təngnəfəsliyin səbəbi araşdırılmalı və aradan qaldırılmalıdır.

Milli.Az


Etiketlər:  Ağır bronxospazm tutması


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ