Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ektopik hamiləlik

Ektopik hamiləlik

Tarix: 29 Yanvar 2023 08:12

Mayalanmış yumurta hüceyrənin uşaqlıq boşluğundan kənarda implantasiya olunaraq inkişaf etməsi ektopik (uşaqlıqdankənar) hamiləlik adlanır. Ektopik hamiləlik ginekalofiyanın ciddi problemlərindən biri sayılır. Ektopik hamiləlik abortların, qadın cinsiyyət üzvlərinin iltihabi xəstəliklərinin, neyroendokrin pozğunluqların, psixoemosional gərginliklərin, uşaqlıqdaxili kontrasepsiya vasitələrinin istifadəsinin artması ilə əlaqələndirilir. Uşaqlıqdankənar hamiləliyə məruz qalmış qadınlarda növbəti hamiləliyin ektopik olacağı ehtimalı sağlam qadınlarla müqayisədə 7-13 dəfə yüksəkdir. Uşaqlıqdankənar hamiləlik əsasən 23-40 yaşlı qadınlarda  əksərən sağ boruda rast gəlinir.
Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına əsasən, döl yumurtasının lokalıizasiyasına görə ektopik hamiləliyin aşağıdakı formaları ayırd edilir:
1. Boru hamiləliyi.
2. Yumurtalıq hamiləliyi.
3. Dəqiqləşdirilməmiş hamiləlik.
Nadir hallarda qarın boşluğu hamiləliyi də ayırd edilir. Bu hamiləlik lokalozasiyasına görə piylik, qaraciyər, oma-uşaqlıq bağı və s. ola bilir.


Etiketlər:  Ektopik hamiləlik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ