Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran MN: “İsfahan şəhərinə dron hücumu olub”

İran MN: “İsfahan şəhərinə dron hücumu olub”

Tarix: 29 Yanvar 2023 09:20

Yanvarın 28-də yerli vaxtla saat 23:30-da İranın İsfahan şəhərində Müdafiə Nazirliyinə məxsus zavoda dron hücumu olub.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin iddiasına görə, dronlardan biri hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib, digəri isə HHM-in "tələsinə" düşərək partlayıb.

Qurum itkilərin olmadığı və zavoda "əhəmiyyətsiz" ziyanın dəydiyini desə də, sosial şəbəkələrdə zavodda baş verən partlayışın miqyasının böyük olduğu məlum olub.


Etiketlər:  İran İsfahan şəhərinə dron hücumu olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ