Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2023 15:02
İranlı qadın xizəkçi Atifə Əhmədi Almaniyadan sığınacaq istəyib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Əhmədi özü yanvarın 28-də verdiyi açıqlamasında deyib.
22 yaşlı idmançı bir neçə gün əvvəl Fransada keçiriləcək dünya çempionatına hazırlaşmaq məqsədi ilə bu ölkəyə səfər etmişdi.
O, mühacirət səbəbinin İranda qadınlara qarşı təzyiqlər, ayrı-seçkilik və məcburi hicab qaydaları ilə əlaqəli olduğunu deyib.
Qeyd edək ki, Atifə Əhmədi 2022-ci il Pekin Qış Olimpiya Oyunlarında iştirak edən yeganə iranlı qadın idmançı olub.