Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Doğuşdan sonra artıq çəkidən necə xilas olmalı?

Doğuşdan sonra artıq çəkidən necə xilas olmalı?

Tarix: 31 Yanvar 2023 07:03

Hər bir qadın doğuşdan sonra əvvəlki çəkisinə qayıtmaq istəyir. Bəzən isə doğuşdan sonra bir çox analar çəkilərinin artdığını görüb əvvəlki bədən quruluşuna necə sahib olacaqları barədə düşünürlər. Belə analara bir-neçə məsləhət:
1. Hamiləlik vaxtı artan çəkinizi qısa bir zamanda azaltmağa çalışmayın.
2. Doğuşdan sonra tez bir zamanda idman zalına üz tutmayın.
3. Bir müddər orqanizminizin özünə gəlməsini mütləq göləməlisiniz.
Bu sahə üzrə işləyən mütəxəssislər arıqlamaq iatəyən analara ən azı 6-8 həftə gözləməyi məsləhət bilirlər.
Bəzən elə olur ki, uşaq əmizdirən analar hamiləlik zamanı qazandıqları çəkini itirə birilər. Bəzən də, uşaqəmizdirmə dövründə hormonlarda baş verən dəyişikliklərlə əlaqədar olaraq anaların çəkisi bir az da arta bilir.
Amma hər iki halda yeni ana olmuş qadının idman zalına getməyi düzgün hesab edilmir. Bəs nə etməli?
- Gün ərzində ən azı 15-30 dəqiqə piyada gəzin.
- Stressdən uzaq durun, sinir sisteminizə nəzarət edin.
- Yuxunuzu normallaşdırın. Bu həm sizin rahatlığınız, həm də südünüzün bol olması üçün lazım olan ən vacib məsələdir.
- Çəkini artırmayan, lakin südün artmasına səbəb olan qidalardan istifadə edin.
- Səbirli olun, çünki dietoloqlar doğumdam sonra 3 kq-dan artıq çəki verməyi məsləhət bilmirlər.
- Ev şəraitində bəzi yüngül idman hərəkətləri edə bilərsiniz.
- Tam diet saxlamayın.
- Gün ərzində 5 dəfə yeyin.
Çəkinizin artmaması üçün yediyiniz qidalar, qanda şəkərinizin, enerjinizin, gücünüzün azalmasına səbəb ola bilər. Bunun olmaması üçün yemək aralarında aşağıdakı qida vasitələrindən mütləq istifadə edin:
- Bir ovuc badam və ya qoz
- Fındıq və kişmiş
- Armud, portağal suyu, pendir
- Alma, çiyələk
- Soyutma yumurta
- Az yağlı qatıq.


Etiketlər:  Doğuşdan sonra artıq çəkidən necə xilas olmalı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ