Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı müğənni mesajlaşdığı qızları İFŞA ETDİ: “Bunu ona görə edirəm ki...” - FOTO

Azərbaycanlı müğənni mesajlaşdığı qızları İFŞA ETDİ: “Bunu ona görə edirəm ki...” - FOTO

Tarix: 31 Yanvar 2023 12:05

"Bəzən qızlara diqqətsiz cavab verməyi xoşlayıram. Onlara yazdıqlarımı ətraflarına göndərsinlər və bununla öyünsünlər. Bunu ona görə edirəm ki, kiçik bir şəhərdə özü üçün düşünsün ki, o, şahzadədir! Deməli, mən yaxşı insan sayılıram ki, onlara belə sevinc və özünə hörmət bəxş edirəm". 

Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Nəvai Bəkirov sosial şəbəkə hesabında paylaşıb. 

Sənətçi sosial şəbəkə hesabında ünsiyyət qurduğu qadın izləyicilərindən gileylənib. 

Nəvainin sözlərinə görə, onunla mesajlaşan qızlar həmin yazışmaları səhifələrində bölüşərək, bununla rəfiqələri arasında öyünürlər: 

"Eyni zamanda, şəhərin ən gözəl qızlarının hamısı fikirləşir: Tanrım, o (özünü nəzərdə tutur - red.) kiminlə danışır, bu nə zövqdür? Amma darıxdığım zaman belə edirəm. Amma həqiqətən yaxşı və layiqli qızlar var. Heç bir yazışma ilə öyünməyən, "skrinşotlarla" deyil, sakitcə ləyaqətlə ünsiyyət quran və hər zaman belə sevimli xanımlarla ən yaxşı zarafatlarımız və dialoqlarımız var.

Özü üçün reytinq yığan qızlara isə demək istəyirəm ki, siz dostlarınız üçün məndən sizə gələn mesajları "skrinşot" edib səhifənizdə paylaşanda, onları mənə sizin elə ən yaxın rəfiqələriniz göndərirlər. Hər bir insan digər şəxsin sərhəddini pozmamağı, onun həyatını ictimaiyyətə göstərməməyi bacarmalıdır". 


Etiketlər:  Azərbaycanlı müğənni mesajlaşdığı qızları İFŞA ETDİ Bunu görə edirəm FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ