Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2023 13:39
"Erməni təxribatları hələ də davam edir. Ümumiyyətlə ermənilər var olduqca, onların təxribatları da davam edəcək. Ermənilər təkcə bizdən torpaq iddiası irəli sürmürlər, onlar Gürcüstan, Türkiyədən də torpaq iddialarını irəli sürürlər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov bildirib.
Onun sözlərinə görə, eyni zamanda hazırda ermənilər Rusiyanın müxtəlif bölgələrində yığışıblar, çoxluq təşkil edirlər: "Hər halda bir müddət sonra həmin ərazilərə də iddialarını irəli sürəcəklər. Bir sözlə, ermənilər müalicəsi mümkün olmayan millətdir.
Torpaqlarımızın 30 illik işğalı dövründə ruslar hər zaman onlara dəstək olub. O zamankı Rusiya rəhbərliyi bu addımlarında ermənilərə kömək etdilər. 44 günlük müharibə zamanı isə Rusiya məsələyə qarışmadı. Biz torpaqlarımızı azad etdik, kapitulyasiya aktı bağlandı. Bu günlərdə isə Ermənistan rəhbərliyi Rusiyadan uzaqlaşıb, Avropa, xüsusilə də Fransaya yaxınlaşmağa çalışır. Artıq Avropa İttifaqının 200 nümayəndəsi Ermənistanda sərhəddi müşahidə edəcəklər. Bu da Rusiyanın ali rəhbərliyində böyük qıcıq yaranmasına səbəb olacaq. Bu gün güclü kimdirsə, onun yanında olmaq ermənilərin xüsusiyyətidir".