Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Belə də bazarlıq olar? - 2,8 milyard

Belə də bazarlıq olar? - 2,8 milyard

Tarix: 1 Fevral 2023 21:48

Premyer Liqa klubları qış transfer pəncərəsində futbolçuların alınmasına görə rekord məbləğ sərf ediblər.

Milli.Az xəbər verir ki, 2023-cü ilin yanvar ayında Premyer Liqanın 20 komandası yeni oyunçular üçün cəmi 815 milyon funt sterlinq (təxminən 923 milyon avro) xərcləyib, "Independent"ə görə, bu, 2018-ci ildə müəyyən edilmiş əvvəlki rekorddan (430 milyon funt-sterlinq) az qala 2 dəfə çoxdur. 2022-ci ildə bu rəqəm 295 milyon funt-sterlinq olub ki, bu da son transfer pəncərəsinin son günündəkindən cəmi 20 milyon çoxdur.

Bundan əlavə, 2022/23 mövsümündə Premyer Liqada ümumi transfer xərcləri də 2,8 milyard funt-sterlinq olub ki, bu da rekord göstəricidir.

Bu qış Premyer Liqaya ən bahalı transfer Enzo Fernandesin "Benfika"dan "Çelsi"yə keçidi olub ki, bu da İngiltərə futbolunda rekord sayılır.

Yarımmüdafiəçinin keçidi londonlulara 121 milyon avroya başa gəlib. (publika)

Milli.Az


Etiketlər:  Belə bazarlıq olar 28 milyard


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ