Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Market qidaları yeyən kişilərdə xərçəng yaranır

Market qidaları yeyən kişilərdə xərçəng  yaranır

Tarix: 2 Fevral 2023 21:06

Kişilərdə mədəaltı vəz, bağırsaq xərçənginin cavanlaşmasının bir səbəbi də onların təzə evdə hazırlanmış qazan yeməklərindən imtina edib, market, kafe qidalarına üz tutmasıdır.

"Medicina" xəbər verir ki, əgər kişilər hər gün işlə bağl market və kafelərdə ultra termiki emal olunmuş hazır qidalar yeyirsə, kolorektal xərçəng riski 30% artır.

Bu nəticəyə Harvard Universitetinin alimləri gəliblər.

Hazırda marketlərdə istənilən qidaları qablaşdırılmış almaq olur: salat, ət, makaron, plov.

Onları mikrodalğalı sobada 5 dəqiqəyə qızdırıb asanlıqla yeyirlər.

Gərgin qrafikdə işləyən kişilər artıq ev yeməklərindən imtina edir.

Məhz hər gün tezbazar yedikləri yeməklər onlarda bağırsaq xərçəngi riskini 30% artırır

Amma alimlər qadınlarda bu qidalarla xərçəngin təsirini tapmayıblar.

Ümumiyyətlə, ətlə birgə qarnirli hazır ultra emal olunmuş qidalar - naggetslər, vetçina, bekon, kolbasa, spagetti ilə ət sağlamlıq üçün zərərlidir.

Üstəlik onları qazlı şirin içki ilə yedikdə xərçəng riski 2 dəfə artır.

Kişilər yüksək risk daşıdığı üçün 3 ildən bir kolonoskopiyadan keçməlidir.

Milli.Az


Etiketlər:  Market qidaları yeyən kişilərdə xərçəng yaranır


RƏYLƏR