Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2023 23:26
Son dövrlərdə xroniki böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkən insanların sayı artıb. Bu xəstəlik bəzən özünü çox gec büruzə verir və bu zaman xəstənin sağlamlığına qovuşmaq şansı kifayət qədər aşağı düşür.
Maraqlıdır, görəsən, bu cavanlaşan xəstəliyin əsas səbəbləri nələrdir?
Sonxeber.net lent.az-a istinadən bildirir ki, məsələ ilə bağlı həkim nefroloq Elnur Fərəcov bildirib ki, ölkədə böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkənlərin və hemodializə gedənlərin sayının artmasının iki səbəbi var.
Onun sözlərinə görə, bunun ilk səbəbi diabetik neyropatiyanın geniş yayılmasıdır:
"İkinci səbəb isə insanlarda yüksək arterial təzyiqin yaranması ilə bağlıdır. Son illərdə böyrək xəstəlikləri daha çox gənc yaşlarda müşahidə olunur. Digər ölkələrlə müqayisə etdikdə Azərbaycanda hemodializ xəstələri o qədər də çox deyil. Ölkədə təxminən 7-8 min hemodializ xəstəsi var. Bu da pis göstərici deyil. Çünki hemodializ xəstələrinin digər böyrək xəstələrinə nisbətən yaşamaq ehtimalı daha çoxdur. Onlar hemodializdə daha uzun ömür sürürü. Və buna görə, hemodializ xəstələrinin sayı da artmaqdadır. Əfsuslar olsun ki, böyrək transplantasiya əməliyyatları İcbari Tibbi Sığorta tərəfindən qarşılanmır. Transplantasiya əməliyyatı olmuş insanların sayı azdır. Halbuki bu əməliyyatı etdirmək istəyənlərin sayı qat-qat çoxdur. Bu tip xəstəliklərin artması əhalinin az hərəkət etməsindən və artıq çəkinin yaranmasından qaynaqlanır".