Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xoy sakini: “İran dövləti zəlzələdən ziyan çəkənləri aldadır”

Xoy sakini: “İran dövləti zəlzələdən ziyan çəkənləri aldadır”

Tarix: 3 Fevral 2023 13:06

"İran dövləti zəlzələdən ziyan çəkənləri aldadır".

Milli.Az "Report"-a istinadən xəbər verir ki, bunu Güney Azərbaycanın Xoy bölgəsində zəlzələdən zərərçəkənlərdən biri deyib.

Onun sözlərinə görə, hakimiyyət vətəndaşlarını aldadır:

"Birinci zəlzələdə zərərçəkənləri siyahıya aldılar, heç nə etmədilər. İndi də çağırırlar, imza atdırırlar, heç nə vermirlər".

Qeyd edək ki, bu ilin yanvarında Xoyda 5,4 və 5,9 bal gücündə iki dəfə zəlzələ baş verib. Təbii fəlakətlər nəticəsində ölənlər və yaralananlar olub, minlərlə ev dağılıb. Rəsmi məlumata görə, yanvarın 28-də baş verən zəlzələ nəticəsində 10 minə yaxın ev dağılıb və yararsız vəziyyətə düşüb. Sakinlər soyuq və qarlı-şaxtalı hava şəraitində küçələrdə qalıb. Hakimiyyətin verdiyi çadırlar kifayət etmir. Tehran rejimi Azərbaycan və Türkyənin yardım təkliflərindən imtina etməklə yanaşı, Güney Azərbaycanın başqa bölgələrindən Xoy etdirilən könüllü humanitar yardım çatdırlmasına da mane olur.

Milli.Az


Etiketlər:  Xoy sakini İran dövləti zəlzələdən ziyan çəkənləri aldadır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ