Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2023 13:18
Rusiyalı teleaparıcı Vladimir Solovyov Ukrayna ordusuna Qərb tanklarının tədarükünə isterik reaksiya verib. O, Rusiyanın niyə hələ də "anti-imperialist koalisiya" yaratmamasına əsəbiləşib.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, o, bu barədə "Vladimir Solovyovla axşam" verilişinin efiri zamanı deyib.
"Şimali Koreya, İran və Çin Rusiya ilə birlikdə Ukraynaya qarşı vuruşmalıdır. Biz güclü anti-imperialist koalisiya yaratmışıq? Harada? Bizim yanımızda Şimali Koreya, Çin, İrandan döyüşən əsgərlər haradadır? Biz ordudan belə istifadə etmirik, hətta çağırışçılardan da istifadə etmirik. Yoxsa hesab edirik ki, bir dəfə 300 min nəfərin səfərbər edilməsi kifayətdir? Bəs kim döyüşəcək? Üstəlik, hər kəsin Qırmızı Ordu sıralarına girməsi üçün qısa telefon nömrələri yaratmaq lazımdır. Bizim telefon operatorlarımız Qırmızı Orduya qoşulmaq istəyənlərin zəng edə biləcəyi qısa nömrə yarada bilməz? Rusiya ordusu 5 milyon nəfərə qədər genişləndirilməli və ölkə sənayesi hərbi müstəviyə keçirilməlidir. Ali Baş Komandan (Vladimir Putin - red.) ordunu 1,5 milyona çatdırdı. Üç milyon lazımdır! Beş milyon lazımdır! Ordu qurulmalıdır. Bütün sənaye elə işləməlidir ki, müdafiə sənayesində hər şey olsun", - o bildirib.