Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2023 08:24
Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin təsis etdiyi "Vahid Milli Hərəkat" partiyası ölkə parlamentindən çıxdığını elan edib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə partiyanın nümayəndələri feysbukda məlumat veriblər.
Partiya nümayəndələri onu da bildiriblər ki, həmin gündən etibarən "heç kim dincəlməyəcək". Partiya "fövqəladə vəziyyətə keçir və paytaxt etirazın mərkəzinə çevriləcək".
Qeyd edək ki, fevralın 6-da məhkəmə keçmiş Prezident Mixail Saakaşvilinin səhhəti ilə bağlı möhlət və azadlığa buraxılmasını rədd edib. Saakaşvili bu qərarı "ölüm hökmü" adlandırıb.