Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Döyənəklərdən qısa bir zamanda xilas olmağın yolları

Döyənəklərdən qısa bir zamanda xilas olmağın yolları

Tarix: 7 Fevral 2023 08:48

Ayaqarınızı altındakı döyənəklərdən xilas olmaq istəyrsinizsə mütləq bu vasitədən istifadə edin!
Daban və pəncə hissədə əmələ gələn döyənəklər və dəri qalınlaşması bütün qadınlrı problemidir. Sizlərə bir-neçə prosedurla bundan xilas olmağın yolunu öyrətmək istəyirik.
Ayaqlarınızı isti su ilə vanna edirsiniz. Vannada 1,5 litr isti su olmalıdır. Suyun istiliyi ayağı qızdıracaq qədər isti olmalıdır ki, döyənəkləri yumşaltsın. 5 dəqiqə sonra suya 4 xörək qaşığı hidrogen perekis əlavə edin.
Ayaqlarınız suda nə qədər çox qalarsa, bir o qədər yaxşıdır. Suyun gec soyuması üçün isə ayaqlarınızı adyala bükün. Su soyuduqda döyənək olan hissəni daban daşı və ya süngərlə sürtün. Ayaqlarınızı yuyub qurulayın və qliserinlə sirkə qarışımı sürtüb bağlayın. Qarışımı hazırlamaq üçün bir xörək qaşığı qliserinə ¼ qaşıq sirkə əlavə eddib qarışdırın. Qarışımı hər gün ayaq kremi əvəzinə döyənək və qalınlıaşma olan nahiyəyə sürtün, perekis vannasını isə həftədə 1 dəfə edin.
Bu təbii müalicənin döyənəklərdən və qalınlaşmış dəridən xilas olmağa çox faydası var. Tətbiq etsəniz faydasını görəcəksiniz.
Oxuduqlarınızı bəyəndinizsə dostlarınızla paylaşıb onları da məlumatlandırın.

Milli.Az


Etiketlər:  Döyənəklərdən qısa bir zamanda xilas olmağın yolları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ