Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Matəmə görə TV-lərimizdə əyləncə olmayacaq!

Matəmə görə TV-lərimizdə əyləncə olmayacaq!

Tarix: 7 Fevral 2023 11:00

Türkiyədə baş verən dəhşətli zəlzələdə 1600-dən çox insanın vəfat etməsi səbəbilə 7 gün matəm elan edilib.

Milli.Az xəbər verir ki, olay-ın əldə etdiyi məlumata görə, qardaş ölkədəki faciəni nəzərə alaraq yerli kanalların proqramlarında dəyişiklik olunub.

Bu səbəbdən bu gün bir sıra əyləncəli verilişlər efirə getməyib. ATV-də yayımlanan "7 canlı", ARB TV-də yayımlanan "Həmin Zaur" proqramları yayımlanmayıb. Zaur Kamalın aparıcılıq etdiyi verilişin sabah da efirə getməsi nəzərdə tutulmur.

Bundan başqa, Xəzər TV-də yayımlanan "Xəzər axşamı"nın da bugünkü buraxılışında mövzu Türkiyədə baş verən təbii fəlakət olub.

Həmçinin, "Space" TV-də "Milli səs" yarışması yayımlanmayıb və "Bir axşam səhnədə" proqramı bu həftə efirə getməyəcək.

Qeyd edək ki, yayım axışındakı dəyişiklik siyasəti bir neçə kanala sirayət edib. Kanal rəhbərliklərinin aldığı qərarla yaxın günlərdə proqramlarda əyləncəli və şou xarakterli mövzulara yer verilməyəcək.

Milli.Az


Etiketlər:  Matəmə görə TV lərimizdə əyləncə olmayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ