Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Meksika Türkiyəyə xilasedicilər göndərir

Meksika Türkiyəyə xilasedicilər göndərir

Tarix: 7 Fevral 2023 23:18

Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması, dağıntılar altında qalanların xilas edilməsi məqsədilə dünyanın müxtəlif yerlərindən yardımçı heyətlərin qardaş ölkəyə gəlişi davam edir.

Öz xilasedicilərini bölgəyə yollayan dövlətlər arasında Meksika da var.

Məlumata görə, Amerika ölkəsi 145 mütəxəssisini yardım üçün Türkiyəyə yola salıb.

Heyətin yaxın saatlarda dağıntıların olduğu ərazilərə çatacağı gözlənilir.

Milli.Az


Etiketlər:  Meksika Türkiyəyə xilasedicilər göndərir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ