Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şok: Bu şəhərlər qırılma xəttinin üstündədir

Şok: Bu şəhərlər qırılma xəttinin üstündədir

Tarix: 8 Fevral 2023 10:18

Biz son 100 ildə ikinci ən böyük zəlzələni yaşadıq.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu zəlzələ üzrə ekspert Aysun Aykan deyib.

Türkiyədə 20-yə yaxın yerdə zəlzələ yarada biləcək aktiv tektonik qırılma xəttinin olduğunu vurğulayan Aykan Şimali Anadolu xəttinin əsas hissəsi olan Bingöl-Yeddisu və Şimali Anadolu xəttinin Mərmərə dənizindən keçən qismi ilə Balıkəsir, Qəhrəmanmaraş-Türkoğlu bölgələrinə diqqət yetirilməli olduğunu söyləyib.

Türkiyədə zəlzələ riski olan vilayətlər haqqında məlumat verən Aykan xəbərdarlıq edib:

"Ölkəmizdə Kocaeli, Bursa, Balıkəsir, Bolu, Sakarya, Manisa, İzmir, Aydın, Muğla, Dənizli, Burdur, Kütahya, Əskişəhər, Konya, Aksaray, Tokat, Kayseri, Osmaniyə, Hatay, Qəhrəmanmaraş, Ərzurum, Ərzincan, Hakkari və Bingöl bölgələri aktiv qırılma xəttinin üzərindədir. Ona görə də Türkiyənin hər hansı bir yerində dağıdıcı zəlzələnin olması bizim üçün təəccüblü deyil".


Etiketlər:  Şok şəhərlər qırılma xəttinin üstündədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ