Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Meksika 16 qəhrəman itini Türkiyəyə göndərir - VİDEO

Meksika 16 qəhrəman itini Türkiyəyə göndərir - VİDEO

Tarix: 8 Fevral 2023 19:20

Bildiyimiz kimi, Türkiyədə baş vermiş Kahramanmaraş mərkəzli iki dəhşətli zəlzələ 10 şəhərdə hiss olunub. Hazırda xilasetmə işləri davam etdirilir.

Sonxeber.net big.az-a istinadən bildirir ki, ağır günündə Türkiyəyə yardım edən ölkələr arasında Meksikanın da adı var.

Meksikanın göndərdiyi yardım qrupları arasında 16 qəhrəman itin də olduğu vurğulanır.

Avstraliya çoban itləri və labrador kimi fərqli cinslərdən olan bu heyvanlar xüsusi təlim görüblər və 2017-ci ildə Mexikoda baş verən zəlzələ zamanı göstərdikləri xidmətlərə görə qəhrəman elan olunublar.

Onların Türkiyədəki axtarış-xilasetmə işlərində də kömək olacaqları ehtimal edilir.


Etiketlər:  Meksika qəhrəman itini Türkiyəyə göndərir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ