Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenski Kralla görüşdü

Zelenski Kralla görüşdü

Tarix: 8 Fevral 2023 22:38

Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniyaya səfəri çərçivəsində Kral III Çarlzla görüşüb.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

Məlumata görə, bu görüş Ukrayna-Britaniya münasibətləri tarixində Ukrayna prezidentinin Britaniya monarxı ilə ilk auditoriyası olub.

Zelenski Kral III Çarlzı taxta çıxması münasibətilə təbrik edib, Britaniya xalqına sülh və firavanlıq arzulayıb.

Prezident həmçinin Böyük Britaniya xalqına və hökumətinə minnətdarlığını bildirib, Böyük Britaniyanın Ukraynanın ən yaxın və mühüm müttəfiqlərindən biri olduğunu qeyd edib.


Etiketlər:  Zelenski Kralla görüşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ