Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Fevral 2023 23:44
Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi İran İslam Respublikasına humanitar yardım çatdırmaq üçün Jukovski hava limanından havaya qalxıb.
Sonxeber.net bildirir ki, musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Bildirilir ki, Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyi hökumətin göstərişi ilə İrana humanitar yardım çatdıracaq. Rusiya Federasiyası hökumətinin tapşırığı ilə ümumi çəkisi 35 ton olan humanitar yük gətiriləcək. Humanitar yardıma şəkər, un, bitki yağı, çadırlar, isti yorğanlar, sobalar və səyyar elektrik stansiyası daxildir.
Qeyd olunur ki, yanvarın 28-də axşam saatlarında İranın Qərbi Azərbaycan əyalətində, o cümlədən Xoy şəhəri ərazisində 5,9 bal gücündə zəlzələ baş verib. Son məlumatlara görə, azı 3 nəfər ölüb, daha 973 nəfər yaralanıb. Zəlzələdən sonra ən azı daha 25 afterşok qeydə alınıb.