Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsveç polisi Quranın yandırılması ilə bağlı yeni aksiyaya icazə vermədi

İsveç polisi Quranın yandırılması ilə bağlı yeni aksiyaya icazə vermədi

Tarix: 9 Fevral 2023 09:12

İsveç polisi Türkiyənin Stokholmdakı səfirliyi önündə Quranın yandırılması ilə bağlı növbəti aksiyaya icazə verməyib.

"Son zamanlar Quranı yandırmaq üçün keçirilən ictimai toplantılar çox kəskin reaksiyaya səbəb olub və bu, İsveçə qarşı təhdidlərin mənzərəsinin dəyişməsinə gətirib çıxarıb", - İsveç polisinin bəyanatında deyilir.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, İsveç hüquq-mühafizə orqanının məlumatına görə, Quranın yandırılması aksiyası rədd edilib, çünki bu əməl milli təhlükəsizliyin ciddi şəkildə pozulması hesab olunur.

Xatırladaq ki, yanvarın 21-də Danimarkanın ifrat sağçı "Sərt Kurs" partiyasının lideri Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında Quranı yandırıb. Eyni zamanda aksiya meriya ilə razılaşdırılıb. Paludanın sözlərinə görə, o, Türkiyənin İsveçin NATO-ya üzv olmasına mane olmasına etiraz edərək müsəlmanların müqəddəs kitabını yandırıb.


Etiketlər:  İsveç polisi Quranın yandırılması ilə bağlı yeni aksiyaya icazə vermədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ