Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dağıntılar altında divara yazdığı bu sözləri gündəm oldu - VİDEO

Dağıntılar altında divara yazdığı bu sözləri gündəm oldu - VİDEO

Tarix: 9 Fevral 2023 11:52

Zəlzələdən 64 saat sonra xilas edilən gənc oğlanın dağılmış binanın divarına yazdığı sözlər sosial şəbəkələrdə gündəmə çevrilib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Kahramanmaraşda dağıntılar altında qalan 24 yaşlı Doğan Akkök zəlzələdən 64 saat sonra Antalya Böyükşəhər Bələdiyyəsinin axtarış-xilasetmə qrupları tərəfindən sağ-salamat xilas edilib. Məlum olub ki, gənc dağıntılar altında olarkən divara "Ümidini itirmə" sözlərini yazıb.

Üç gündən sonra ilk dəfə işığı gördüyünü bildirən Doğan təcili yardımla xəstəxanaya yerləşdirilib.

Milli.Az


Etiketlər:  Dağıntılar altında divara yazdığı bu sözləri gündəm oldu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ