Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mədə qıcqırması və göynəməsini dərmansız söndürün – Həkimdən məsləhət

Mədə qıcqırması və göynəməsini dərmansız söndürün – Həkimdən məsləhət

Tarix: 9 Fevral 2023 21:45

Mədənin qıcqırması, boğaza turş mədə suyunun geri axması, gəyirmə, mədədə yanğın kimi simptomlar istənilən yaşda insanların çox rastlaşdığı vəziyyətdir.

Medicina.az xəbər verir ki, aədətən həzm orqanlarında problem olduqda bu vəziyyət yaranır, qıcqırmaya qarşı xüsusi dərmanlar, pəhriz təyin edilir. Xalq təbabəti üsulları elm və tibb tərəfindən qəbul olunmayıb. Xüsusən çox xəstələrin belə halda sodalı su içməsi yolverilməzdir. Çünki soda mədənin divarını aşılayır, zədələyir.

Dietoloq Anna İvaşkeviç mədə yanması zamanı ən zərərsiz metodun süd içmək və ya yoqurt yemək olduğunu açıqlayıb. Süd mədənin daxili divarındakı turşunu yuyub aparır, sakitləşdirir.
Süd çox qaynar yox, əksinə ilıq soyuq olmalıdır.

Eləcə də mədə göynəməsinə qarşı təbii, ev yoqurtu, qatığı yeyə bilərsiz.
Aptekdən probiotiklər alıb içmək də ümumi müsbət təsir edir, bağırsaqların işini yaxşılaşdırır.

Mədə qıcqırması olan insanlar çox ac qalmamalı, turş, acı qidalar yeməməli, yeməyi çox asta, sakit yeyib, çox çeynəməlidirlər.

Yemək yeyən kimi divanda uzananlarda da bu problem uşaqlıqdan əmələ gəlir.
Qıcqırması olanlar yedikdən sonra düz oturmalı və ya ayaqüstə 10 dəqiqə dayanmalıdırlar.

Siqaret, stres, içki, istirahətsiz işləmək, kofe içmək, yağlı qidalar, səhv idman hərəkətləri, çox ağırlıq qaldırmaq mədə göynəməsi, diafraqmal yırtıq, mədə yırtığı, mədə yanması probleminin əsas səbəblərindən biridir.


Etiketlər:  Mədə qıcqırması göynəməsini dərmansız söndürün Həkimdən məsləhət


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ