Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2023 02:46
"Sür, cərimə meydançasında aydınlaşdırarıq".
Bəzi sürücülərin dediyinə görə, bu cümləni avtomobilləri cərimə meydançasına aparılarkən tez-tez eşidirlər. Bu zaman isə tərəflər arasında fikir ayrılıqları yaranır.
Bəs, nəqliyyat vasitəsi hansı hallarda cərimə meydançasına yerləşdirilə bilər?
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki,nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirir ki, normativ tələblər pozulmadığı təqdirdə avtomobili cərimə meydançasına aparmaq qanunsuzdur.
Ekspert deyir ki, sürücülərin özləri də bu məsələdə hüquqlarını yaxşı bilməlidirlər.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli "Xəbər Ertəsi"nə bildirib ki, Dövlət Yol Polisi əməkdaşları heç bir halda səbəb göstərmədən nəqliyyat vasitəsini cərimə meydançasına apara bilməz. Nəqliyyat vasitələrinin idarəetmədən kənarlaşdırılması İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə uyğun tətbiq edilir.
Sadalanan 30-a qədər belə fakta görə nəqliyyat vasitəsinin idarəetmədən kənarlaşdırılması qərarı verilibsə, Dövlət Yol Polisi əməkdaşları ilə əlavə mübahisə aparmaq və tabesizlik nümayiş etdirmək tövsiyə olunmur. Araz Əsgərli vurğulayıb ki, bu hal İnzibati Xətalar Məcəlləsində daha ağır hüquqi məsuliyyətlər yaradır.
Xezerxeber.az "Xəbər Ertəsi"nin mövzu ilə bağlı hazırladığı daha ətraflı videomaterialı təqdim edir: