Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2019 13:20
Bakı. Ceyhun Ələkbərov - Trend:
Bir neçə gün öncə Kiyevdə Azərbaycan vətəndaşı Cavid Hacıyevin qətlə yetirilməsi faktı ilə əlaqədar olaraq Ukraynanın hüquq-mühafizə orqanlarına nota göndərilib.
Bu barədə Trend-ə Azərbaycanın Ukraynadakı səfirliyindən bildiriblər.
Səfirlikdən verilən məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən Əli Abdullayevin tezliklə tutularaq məhkəmə qarşısına çıxarılması üçün beynəlxalq axtarış elan edilib, əməliyyat-axtarış tədbirləri və işin gedişatı səfirliyin tam nəzarətində saxlanılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin