Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ceyhun qardaşımın ayağı uğurlu oldu... - Çavuşoğlu

Ceyhun qardaşımın ayağı uğurlu oldu... - Çavuşoğlu

Tarix: 11 Fevral 2023 19:42

Azərbaycandan Türkiyənin yardımına gələn heyət 900 nəfərdir. Amma bilirəm ki, Azərbaycandan hər kəs könüllü olaraq bura gəlmək istəyir.

Sonxeber.net Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qəhrəmanmaraşda azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında deyib.

"Xilasetmə işləri davam edir. Bir az öncə qardaşım Ceyhunla azərbaycanlı xilasediciləri ziyarət etdik. Qardaşımın ayağı uğurlu oldu. Bu gün azərbaycanlı qardaşlarımız iki uşağı dağıntılar altından sağ çıxardılar. Həmin uşaqların qardaşlarından da xəbər olduğunu dedilər. Bir az öncə o da sağ çıxarıldı. Əməyi olan hər kəsdən Allah razı olsun".


Etiketlər:  Ceyhun qardaşımın ayağı uğurlu oldu Çavuşoğlu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ