Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Polşalı futbolçu "Qarabağ"la oyunu buraxacaq

Polşalı futbolçu

Tarix: 12 Fevral 2023 11:32

Belçikanın "Gent" klubunun futbolçusu Kamil Pyontkovski Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununu buraxacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, buna 23 yaşlı müdafiəçinin çempionatın XXV turunda "Vesterlo" ilə 3:3 hesablı heç-heçə etdikləri matçda zədələnməsi səbəb olub.

52-ci dəqiqədə polşalı oyunçunu Yens Petter Hauge əvəzləyib.

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Cavab görüşü fevralın 23-də Gentdə olacaq. Daha əvvəl Darko Lemayiçin hər iki matçda iştirak etməyəcəyi dəqiqləşib.

Milli.Az


Etiketlər:  Polşalı futbolçu Qarabağla oyunu buraxacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ