Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mingəçevirdə maşın qadını vurdu, körpəsi ilə xəsarət aldı

Mingəçevirdə maşın qadını vurdu, körpəsi ilə xəsarət aldı

Tarix: 12 Fevral 2023 20:10

Mingəçevirdə piyadanı vuran avtomobil ağaca çırpılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, bu gün saat 15 radələrində Mingəçevir şəhəri ərazisində "Mercedes" markalı avtomobilin sürücüsü Rauf Nəsibov idarəetməni itirib və yolun kənarında piyada qismində olan qadını vurub, daha sonra isə ağaca çırpılıb.

Nəticədə avtomobilin sürücüsü və iki sərnişini, eləcə də piyada qadının qucağındakı körpə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Mingəçevirdə maşın qadını vurdu körpəsi ilə xəsarət aldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ