Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2023 20:33
Alimlərin fikrinə görə, hər gün ağ çörək və ağ undan hazırlanmış qidaların istehlakı təhlükəlidir və infarktın riskini artırır.
Medicina.az xəbər verir ki, xtisaslaşmış The bmj jurnalına istinadla bildirir ki, hər gün çoxlu miqdarda çörək, makaron və s. un məmulatlarının qəbulu insanlarda ürək patologiyalarının və o cümlədən infarkt riskinin artması ilə sıx əlaqəlidir.
Alimlər bildirirlər ki, "hər gün ağ undan hazırlanmış 350 qr məhsulun qəbulu vaxtından tez ölümün riskini 27% artırır".
Araşdırma zamanı 21 ölkədən olan 150 min insanın 10 ilə yaxın müddət ərzində sağlamlıq və qidalanma haqqında məlumatları təhlil olunub.
Mütəxəssislər aşkar ediblər ki, ağ undan hazırlanan məhsulların istehlakı arterial təzyiqin qalxmasına səbəb olur və həmçinin qanda şəkərin kəskin qalxmasına gətirib çıxardır. Yüksək şəkər qanı qatılaşdırır, damarlarda iltihab yaradır ki, bu da damarları zədələnmə və aterosklerozun inkişafına meylli edir.
Bunları nəzərə alaraq mütəxəssislər ağ undan hazırlanmış məhsulların istehlakını gün ərzində 50 qr qədər azaltmağı tövsiyə edirlər. Onların əvəzinə tərəvəz, göyərti və tamdənli taxılların istehlakını artırmağa çağırırlar.