Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2023 13:18
"Azərenerji" ilə İtaliyanın "Ansaldo" şirkəti arasındakı əlaqələr burada həlledici rol oynayır. "Azərenerji" ilə "Ansaldo" arasında müqavilələr İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra imzalanıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində bildirib.
Dövlətimizin başçısı deyib: "Azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda bu gün böyük quruculuq-bərpa işləri getdiyi bir dövrdə, ilk növbədə, o bölgənin enerji potensialı araşdırılır və bu istiqamətdə də "Ansaldo" və "Azərenerji" tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərirlər".