Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2023 07:36
"Ayın sonuna kimi bütün əyalətlərimizdə tikinti işlərinə başlayacağıq".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum mətbuata açıqlama verib:
"İndiyə qədər 10 əyalətdə 307 min 763 binanı, yəni 1 milyon 586 min 901 ev və iş yerini araşdırdıq. 41 min 791 binanın söküldüyünü, dərhal sökülməsi lazım olduğunu və ciddi ziyan gördüyünü təyin etdik".
Ağır ziyan dəymiş binaların söküləcəyini qeyd edən nazir, "Vətəndaşlarımız AFAD-ın koordinasiyası istisna olmaqla, evlərindən əşya götürməməlidir", - deyib.