Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2023 12:26
"Bu gördüklərimdən sonra özümü ifadə edə bilmirəm. İçim yanır və acıyır. Neçə-neçə binalar çöküb, neçə-neçə insan həlak olub. Biz burdayıq və insanlara yardım etməkdə davam edirik. Allah hamımızın yardımçısı olsun".
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Doğuş "Səni axtarıram" ictimai-sosial verilişində yayımlanan süjetdə deyib.
Zəlzələnin baş verdiyi Türkiyənin Hatay bölgəsinə yollanan sənətçi oradakı dəhşətli mənzərəni çəkərək, insanlarla həmsöhbət olub.
İnsanları dağıntıların altından çıxaran xilasedicilərdən birinin əlini sıxan Doğuş "Bu insanların əli öpülməlidir" sözləri ilə qəlbləri sızıldadıb.
Daha sonra Doğuşun həyat yoldaşı Xoşqədəm Hidayətqızı aparıcısı olduğu sözügedən proqramda qeyd edib ki, "Ekranda nümayiş olunan, Doğuşun daxil olduğu bu evin altında bütün ailə qalıb.
O ailə Doğuşun ən yaxın dostunun ailəsidir. Ailənin yalnız bir üzvünü xilas edə biliblər. Doğuşun bir tikə çörəyə, isti yeməyə ehtiyacı olanda məhz o dostu evdən gizlincə yemək gətirib, ona verib. İndi isə o, elə bir dostunu, ailəni itirib. Çox üzülmüşük. Allah Türkiyəni qorusun".