Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona''ya şok: La Liqadan kənarlaşdırıla bilər

''Barselona''ya şok: La Liqadan kənarlaşdırıla bilər

Tarix: 16 Fevral 2023 08:18

"Barselona" klubu futbol üzrə İspaniya La Liqasından kənarlaşdırıla bilər.

Sonxeber.net Report-a istinadən xəbər verir ki, İspaniya Kral Futbol Federasiyasının Texniki Hakimlər Komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya rüşvət verdiyi iddia olunur.

Hazırda İspaniya prokurorluğu klubla Neqreyra arasındakı münasibətlərdə korrupsiya əməlinin olub-olmadığını araşdırır. Hələlik "Barselona" nədəsə ittiham olunmur. Amma sabiq vitse-prezidentə rüşvət verildiyi sübuta yetirilirsə, klubu ciddi sanksiyalar gözləyir. Buraya La Liqadan kənarlaşdırılma ilə yanaşı, xalların silinməsi və çoxmilyonluq cərimələr də aiddir.

"Barselona"nın Neqreyraya məxsus DASNİL 95 şirkətinə 1,4 milyon avro ödədiyi bildirilir. Kataloniyalılar 2016 - 2018-ci illərdə Texniki Hakimlər Komitəsinin sabiq rəsmisinə üç dəfə ödəniş edib.

Klubdan bildirilib ki, Neqreyraya gənc oyunçular və hakimliklə bağlı hesabatlara görə pul ödənilib.


Etiketlər:  Barselonaya şok Liqadan kənarlaşdırıla bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ