Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Zəlzələ qəbirstanlığı"ndan ürək dağlayan görüntülər - FOTOlar

Tarix: 17 Fevral 2023 11:06

Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı 38 mini ötüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Adıyamanda zəlzələ nəticəsində həyatını itirənlər şəhər kənarındakı qəbiristanlıqda dəfn edilir. 

Xəstəxanalardan gətirilən cənazələr elə məzarlığın yanındakı məsciddə yuyulduqdan sonra torpağa verilir.

Qəbirlər başına taxta parçası keçirilərək nömrələnir. Belə ki, yaxınlarına zəng edənlər bu nömrələrdən onlara müraciət edə bilərlər. 

Dərin bir sükutun hökm sürdüyü bu qəbiristanlıqda insanlar öz doğmalarının başında səssizcə ağlayırlar. Dərdini, kədərini içinə atır. Kimisi gül-çiçək, təzə torpaq daşımaqla yaxınlarının məzarını gözəlləşdirməyə çalışır, kimisi də əlləri ilə qəbirləri kənarlarını düzəldir.

Milli.Az


Etiketlər:  Zəlzələ qəbirstanlığından ürək dağlayan görüntülər FOTOlar


RƏYLƏR