Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2023 18:12
Xəbər verdiyimiz kimi, "Ahbap" dərnəyinin rəhbəri, müğənni Haluk Leventlə aparıcı-model Deniz Akkaya arasında qalmaqal yaşanıb.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, model Levent haqqında səsləndirdiyi iddiaların ardından sosial media izləyicilərinin tənqidləri ilə üzləşib. Bu səbəbdən Akkaya instaqram hesabını bağlamaq məcburiyyətində qalıb.
Qeyd edək ki, model Leventin Sezgin Baran Korkmaz adlı türk iş adamı ilə əl-ələ olan fotosunu yayımlayaraq onunla birgə çalışan şəxsin fəaliyyətini sorğulayıb. Onun bu iddialarından sonra müğənni paylaşım edərək Denizi məhkəməyə verdiyini və ondan 5 milyon lirə məbləğində təzminat tələb etdiyini və qazanacağı təqdirdə pulu zəlzələdən zərərçəkənlər üçün xərcləyəcəyini bildirib.