Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2023 07:22
Hatayın Antakya rayonunun Dəmirköprü ərazisində yaşayan 73 yaşlı Ramazan Köksal zəlzələ nəticəsində ailəsinin 21 üzvünü itirib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, Köksalın 26 yaşlı əkiz qızları və kürəkənləri də həlak olub.
"Ailəmizdən qardaşlarımın uşaqları da daxil olmaqla 21 nəfər öldü. 30 nəvəmdən 11-i həlak oldu. Əkiz qızlarım və onların əkiz övladları da dünyasını dəyişdi", - o deyib.