Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xatirə: “Ərim dedi ki, arıqla” - VİDEO

Xatirə: “Ərim dedi ki, arıqla” - VİDEO

Tarix: 20 Fevral 2023 16:25

"İkinci dəfə ana olmaq istəyirdim. Bunun üçün dərmanlar qəbul etdim. Onlar çox ziyanlı idi. Qarmonal iynələrdən sonra çox kökəlmişdim. O da məni depressiyaya saldı. Əməliyyatsız, pəhrizlə 15 kiloqram arıqladım. Bu xüsusi pəhrizimdir. Pəhrizin nədən ibarət olduğunu isə deməyəcəyəm".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam "Maqazin plyus" verilişinə müsahibəsində deyib.

Arıqlayandan sonra qarderobunu yenilədiyini söyləyən sənətçi bildirib ki, geyimlərində daha çox markalara üstünlük verməyə başlayıb:

"Kök olanda həvəssiz olurdum. Əlimə nə gəlirdi, onu da geyinirdim. Amma arıqlayandan sonra insan bahalı paltarlar geyinmək istəyir. İnsan istəyir ki, markalardan geyinsin. Geyimimə hər zaman diqqət edənəm. Arıqlayandan sonra qarderobumu dəyişdirdim".

Xatirənin sözlərinə görə, artıq çəkilərdən azad olmasını ondan polkovnik həyat yoldaşı Fəxrəddin Musazadə istəyib:

"Fəxrəddin mənə arıqlamağımı söylədi. Səhnə üçün arıqlamalısan dedi. Kökəldikcə istəmirdim heç yerə getmək.  Həyat yoldaşımın bir sözü var -  "Oturduqca, oturursan"".

Xatirə tamaşaçıların mahnılarını, repertuarını deyil, geyim-keçimini, oturuşunu-duruşunu müzakirə etməsinə bu cür reaksiya verib:

"Konsertim olur, o qədər maraqlı ifalar, repertuar zəngin, amma heç zaman görməmişəm ki, tamaşaçılar bu barədə danışsın. Amma bir az dekolteli geyinim və ya ayağım səhnədə büdrəsin, dərhal hamı bundan danışmağa başlayır. Əziz izləyicilərim, mən də bilirəm ki, siz nəyi çox danışıb, paylaşıb,  müzakirə edirsiz. Ona görə sizə nə lazımdırsa, mən də onu göstərib, verirəm. İzləyicilərim üçün sənət yox duruş və ya başqa məqamlar maraqlıdırsa, çalışıram ki, onları göstərim. Sənətçi, ulduz səhnədə nə edirsə, izləyiciləri üçün edir".

Milli.Az


Etiketlər:  Xatirə Ərim dedi ki arıqla VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ