Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2023 22:54
ABŞ-ın Ermənistana yeni təyin olunmuş səfiri Kristina Quinn bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə erməni mətbuatında məlumat yayılıb.
Bildirilib ki, tərəflər regional təhlükəsizlik və sabitlik məsələlərini müzakirə ediblər. Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə, o cümlədən Münhendə keçirilən üçtərəfli görüşə toxunulub.
Qeyd edək ki, K.Quinn daha öncə ABŞ-ın Ukrayna səfiri olub.