Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Texnologiya Universitetinin 70 tələbəsi zəhərləndi

Texnologiya Universitetinin 70 tələbəsi zəhərləndi

Tarix: 16 Oktyabr 2019 11:33

Bakı. Elnur Bağışov - Trend:

İranın paytaxtı Tehran şəhərində Elm və Texnologiya Universitetinin 70 tələbəsi zəhərlənib.

Trend-in məlumatına görə, bunu Tehran Təcili Yardım Mərkəzinin direktoru Peyman Saberian deyib.

P.Saberianın sözlərinə görə, zəhərlənməyə səbəb yataqxanada verilən yemək olub.

Direktor əlavə edib ki, hadisə ilə əlaqədar yataqxanaya 3 təcili yardım maşını və 2 avtobus göndərilib. 59 tələbəyə yataqxanada yardım edilib, 11 nəfər isə xəstəxanalara yerləşdirilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Texnologiya Universitetinin tələbəsi zəhərləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ