Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2023 21:46
İngiltərə millisinin və "Liverpul"un sabiq futbolçusu Stiven Cerrard Fransa PSJ-sinin baş məşqçisi təyin oluna bilər.
Sonxeber.net "Report"-a istinadən xəbər verir ki, Paris təmsilçisi veteran yarımmüdafiəçinin namizədləyini nəzərdən keçirir.
Klub rəhbərliyi hesab edir ki, 43 yaşlı mütəxəssis növbəti mövsüm komandada irəliləyişə nail ola bilər.
Qeyd edək ki, Stiven Cerrard son olaraq, ölkəsinin "Aston Villa" klubuna başçılıq edib.