Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ” dünya reytinqində 3 pillə geriləyib

“Qarabağ” dünya reytinqində 3 pillə geriləyib

Tarix: 21 Fevral 2023 21:58

"Qarabağ" klubların dünya reytinqində ötən ayla müqayisədə 3 pillə geriləyib.

Milli.Az "Report"-a istinadən xəbər verir ki, Azərbaycan çempionu siyahının 69-cu pilləsinə düşüb.

Ağdam təmsilçisi 84,1 reytinq xalına malikdir. Reytinqin ilk "100-lüy"ündə özünə yer tapan yeganə Azərbaycan komandası olan "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Gent"i (Belçika) xeyli üstələyir. "Gent" hazırda 80,7 reytinq xalı ilə 138-ci pillədədir.

Azərbaycan Premyer Liqasında çıxış edən digər klubların da mövqeləri bəlli olub. "Neftçi" (77,0) 244-cü, "Sabah" (75,5) 307-ci, "Zirə" (71,9) 615-ci, "Qəbələ" (71,7) 628-ci, "Turan Tovuz" (68,7) 992-ci, "Sumqayıt" (65,6) 1514-cü, "Şamaxı" (65,4) 1556-cı, "Kəpəz" (65,0) 1651-ci, "Səbail" (64,6) isə 1731-ci yerdə qərarlaşıb.

Elita təmsilçilərindən "Neftçi", "Qəbələ", "Turan Tovuz", "Sumqayıt", "Kəpəz" və "Səbail" irəliləyib, "Sabah", "Zirə" və "Şamaxı" geriləyiblər.

13 515 komandanın yer aldığı cədvələ yenə Almaniya təmsilçisi "Bavariya" (100) başçılıq edir. İngiltərənin "Mançester Siti" klubu (98,7) ikinci yerdə qalıbsa, İtaliya "Napoli"si (96,0) üçüncü pilləyə yüksəlib.

Milli.Az


Etiketlər:  Qarabağ dünya reytinqində pillə geriləyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ