Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şimal dənizində Rusiyaya məxsus casus gəmiləri aşkarlandı

Şimal dənizində Rusiyaya məxsus casus gəmiləri aşkarlandı

Tarix: 22 Fevral 2023 23:48

Belçikanın Şimal dənizində Rusiya gəmisi aşkarlanıb.

Milli.Az sfera.az-a istinadən bildirir ki, Belçikanın ədliyyə naziri Vincent Van Kuikenbornun sözlərinə görə, Rusiya gəmisi külək stansiyaları, sualtı qaz və məlumat kabelləri və digər mühüm infrastrukturların yaxınlığında görünüb.

Ədliyyə naziri bildirib ki, ötən il noyabrın ortalarında Belçikanın Şimal dənizində "casus gəmisi" aşkar edilib. Rusiya gəmilərinin Şimal dənizində olmasının qadağan edilməməsinə baxmayaraq, Belçika vəziyyəti diqqətlə izləyir.

"Biz bu Rusiya gəmisinin motivlərini dəqiq bilmirik, lakin sadəlövh olmayacağıq"- deyə nazir bildirib.

Van Kuikenborn gəminin Belçikanın külək stansiyaları, sualtı qaz və məlumat kabelləri və digər mühüm infrastruktur obyektləri yaxınlığında şübhəli davrandığına diqqət çəkib.

O da bildirilir ki, bir gün əvvəl Hollandiya Şimal dənizində Rusiya gəmisinin olduğunu açıqlayıb. Kəşfiyyat məlumatlarına görə, gəmi infrastruktura yönəlib. Hollandiya donanması və sahil mühafizəsi gəmini ərazidən çıxarıb.

Rəsmi Kreml Hollandiya və Belçikanın gəmi ilə bağlı açıqlamalarına hələlik münasibət bildirməyib.

Xatırladaq ki, fevralın 14-də Norveç kəşfiyyatı Rusiya Federasiyasının Şimal Donanmasının gəmilərinin 30 ildə ilk dəfə göyərtəsində taktiki nüvə silahı ilə dənizə çıxmağa başladığı barədə məlumat vermişdi.

Ötən gün isə Ukrayna Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinə Belçika ərazisində sualtı pilotsuz nəqliyyat vasitələrinə nəzarət etmək üçün təlim keçdiyini açıqlamışdı. Gələcəkdə Belçika dronları Ukraynaya təhvil verəcək.

Milli.Az


Etiketlər:  Şimal dənizində Rusiyaya məxsus casus gəmiləri aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ